İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Erməni deputatlar qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınmasını müzakirə edəcəklər

Erməni deputatlar qondarma

10.11.2014

Xarici əlaqələr üzrə daimi komitənin qərarı olmasa da, Ermənistan parlamentində qarşıdakı günlərdə “İrs” partiyasının deputatı tərəfindən təklif edilən qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qanun layihəsinin müzakirəsi keçiriləcək.

Trend-in “Armenianreport”a istinadən verdiyi məlumata görə, bunu parlamentin spikeri Qalust Saakyan qarşıdakı dörd günün gündəliyini təqdim edərkən bildirib.

Onun sözlərinə ğörə, müzakirə noyabrın 11-də keçiriləcək, çünki “İrs” partiyası layihəni təcili məsələ kimi təqdim edib.