İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistanın mövqelərimizə hücum edən Mi-24 tipli helikopteri vurulub

Ermənistanın mövqelərimizə hücum edən Mi-24 tipli helikopteri vurulub

12.11.2014

Trend:

Azərbaycan Silahlı Qüvvələrinin (SQ) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hava məkanını pozmuş Ermənistana məxsus hərbi vertolyotunu vurması son saatların xəbəri oldu.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan SQ-yə məxsus Mi-24 tipli vertolyot döyüş kursuna enərək mövqelərimizə hücum edib: "Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən vertolyotu məhv edilib"..

Ermənistan SQ-nin təxribatları çox gərgin dövrdən sonra Ermənistan-Azərbaycan ərazi mübahisəsi tərəflərinin uzunmüddətli danışıqlar prosesinin bərpa olunması fonunda baş verir. Ötən yay Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri yalnız Rusiya və Fransa dövlət başçıları Vladimir Putin və Fransua Olland və ABŞ-ın dövlət katibi Con Kerrinin həmin görüşləri keçirmək təşəbbüsündən sonra baş tutdu.

Danışıqlar prosesinin belə çətin bərpa olunmasından, dünya liderləri tərəfindən atəşkəs rejiminə riayət edilməsinə dəfələrlə çağırışlar edilməsindən sonra Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində noyabrın əvvəlində hərbi təlimlər keçirmək qərarına gəldi. Təəssüf ki, bu dəfə beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin açıq işğalı siyasətini yürüdən Yerevanın bu qədər aydın təxribatına vaxtında reaksiya vermədi.

Üstəlik, Ermənistan qoşunları separatçı Dağlıq Qarabağın sərhədini keçməyə və Azərbaycan hərbçilərinin mövqeyinə hücum etməyə çəkinmədilər. Bu isə o deməkdir ki, Yerevan Dağlıq Qarabağ ətrafında belə çətin yaradılan danışıqlar prosesini pozmaq üçün yenidən hər şeyi etdi.

Yerevanın məqsədi aydındır. Təkcə Bakıya deyil, həm də beynəlxalq vasitəçilərə danışıqların nəticəsi lazımdır. Danışıqlarda irəliləyişin olmaması yekun nəticədə Cənubi Qafqaz kimi belə strateji vacib regionda növbəti hərbi münaqişəni alovlandıracaq həmin qığılcıma səbəb ola bilər ki, bu da bir çox geosiyasi və iqtisadi səbəblərə görə Qərb və Rusiyanı qane etmir. Lakin Dağlıq Qarabağ danışıqlarının iştirakçılarından yalnız Ermənistanı status-kvo qane edir. Status-kvo halında tanınmamış separatçı Dağlıq Qarabağ de-fakto olaraq rəsmi Yerevanın idarəçiliyi altındadır. Vaxtı uzatmaq və ərazilərin işğalını davam etdirmək üçün bir hərbi vertolyotu və bir neçə vətəndaşı qurban verməyə heyifsilənməyə dəyməz...

Məsələ başqadır. Beynəlxalq ictimaiyyət Ermənistanın regionda vəziyyətin gərginləşdirilməsinə yönəldilmiş belə açıq təxribatlarına və sülh prosesinin irəliləməsində vasitəçilərə belə açıq mane olmaq cəhdlərinə nə vaxtadək göz yumacaq? Hər iki tərəfdən nə qədər insan ölməlidir ki, beynəlxalq ictimaiyyət müdaxilə etsin və separatçı regionda təlimlərə, orada seçkilərin keçirilməsinə, erməni əsgərlərinin separatçıların ordusunda hərbi xidmət keçməsinə reaksiya verməyə başlasın?