İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Polad Bülbüloğlu: Azərbaycan ərazi bütövlüyünü bütün mümkün yollarla qoruyur

Polad Bülbüloğlu: Azərbaycan ərazi bütövlüyünü bütün mümkün yollarla qoruyur

13.11.2014

Azərbaycan ərazi bütövlüyünü bütün mümkün yollarla, o cümlədən hərbi yolla qoruyub və qorumaqda davam edəcək. Azərbaycan bu barədə dəfələrlə bəyan edib və bu, heç kəs üçün sirr deyil. Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Kommersant" radiostansiyasına Azərbaycanın hava məkanında Ermənistana məxsus əhrbi helikopterin vurulması ilə bağlı insidenti şərh edərkən deyib.

Səfirin sözlərinə görə, Azərbaycan öz ərazisində digər dövlətin hərbi təlimlər keçirməsindən hiddətlənib: "Azərbaycan XİN bu məsələ ilə bağlı müvafiq bəyanat verərək öz narazılığını ifadə edib. Digər dövlətin hərbi helikopterinin Rusiyanın dövlət sərhədini keçməsini necə təsəvvür edirsiniz? Rusiyanın qoşunları və digər strukturları necə hərəkət edərdilər? Sovet vaxtı Koreya "Boinq"i ilə bağlı vəziyyəti xatırlada bilərəm. Hər bir dövlət öz sərhədlərini qoruyur. Üstəlik bu, sərnişin deyil, hərbi helikopterdir. Ümumiyyətlə, həmin helikopter orada niyə uçmalı idi?"

P.Bülbüloğlu billdirib ki, Azərbaycan işğalçı qoşunlar ölkə ərazisini tərk etməyənədək təcavüzə qarşı mübarizə aparacaq: "Biz Ermənistanın heç bir hədəsindən qorxmuruq, qoy Ermənistan öz vəziyyəti barədə düşünsün. Düşünürəm ki, onun vəziyyətində çətin ki kimisə hədələmək olar".

ATƏT-in fəaliyyətdə olan sədrinin insidentlə bağlı bəyanatına dair suala cavab verən səfir vurğulayıb ki, ATƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma evlərindən qovulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyəti barədə daha çox düşünməlidir: "ATƏT-i onların hüquqlarının pozulması daha çox narahat etməlidir. Təxminən 200 min azərbaycanlı Ermənistandan deportasiya edilib".

P.Bülbüloğlu, həmçinin efirdə "Dağlıq Qarabağ ordusu" və "Rusiyada Dağlıq Qarabağın nümayəndəsi" ifadələrinə yol vermiş radiostansiyanın ünvanına narazılığını bildirib: "Rusiya Xarici İşlər Nazirliyinin sənədlərindən çıxış edərək rəsmən bəyan etmək istəyirəm ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın heç bir nümayəndəsi yoxdur. Və belə hörmətli radiostansiya efirə qondarma respublikanın hər hansısa nümayəndəsini çıxarırsa, bu bizdə təəccüb doğurur. Rusiya ATƏT-in həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, müvafiq olaraq, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Məhz bu postulatdan da çıxış etmək lazımdır".