İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyənin hakim partiyası Ermənistan helikopterinin vurulmasına reaksiya verib

Türkiyənin hakim partiyası Ermənistan helikopterinin vurulmasına reaksiya verib

17.11.2014

"Türkiyənin Azərbaycana qarşı mövqeyində dəyişiklik olmayıb, bundan sonra da hər hansı bir dəyişiklik olmayacaq". Bu barədə bazar ertəsi Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarəetmə Şurasının üzvü Yasin Aktay cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin təxribatının Türkiyənin rəsmiləri tərəfindən kifayət qədər qiymət verilməməsini şərh edərkən deyib.

Y.Aktay qeyd edib ki, Ermənistan helikopterinin Azərbaycan ərazisində vurulması Türkiyə mediasında geniş işıqlandırılmasa da, xəbərə fərqli münasibət iki dövlət arasında əlaqələrə əsla xələl gətirə bilməz.

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, şübhəsiz, Türkiyə dost, qardaş, tərəfdaş dövlətdir: "Sadəcə olaraq, əlbəttə, biz gözləyirik ki, Türkiyə tərəfi də cəbhə xəttində baş verən son hadisələrlə bağlı rəsmi mövqeyini bildirsin. Bunu gözləməyə bizim haqqımız da var".