İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan Fransa hökumətinə etiraz edib

Azərbaycan Fransa hökumətinə etiraz edib

22.11.2014

Azərbaycanın Fransadakı səfirliyi Fransa hökumətinə rəsmi etiraz bildirib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.

XİN rəsmisinin sözlərinə görə, etiraza səbəb Fransanın Buk-Bel-Er şəhərinin meri Rişar Malye ilə Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi Narine Aqabalyan arasında “dostluq bəyannaməsi” imzalamasıdır.

H.Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Azərbaycan və Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri var. Fransa bizim Avropadakı əsas tərəfdaşlarımızdan biridir. Lakin çox təəssüf ki, erməni diasporu və onların tərəfdarları iki ölkə arasında dostluq münasibətlərinə kölgə salmağa çalışırlar. Sözügedən “dostluq bəyannaməsi” də bu cür addımlardandır".