İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"ABŞ Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində kömək etmək istəyir"

22.11.2014

ABŞ Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində kömək etmək istəyir. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan “Neft-qaz həftəsi 2014” konfransında çıxışı zamanı bildirib.

D.Hoqan qeyd edib: “ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir. Biz tərəflərə münaqişənin sülh yolu ilə həllinə nail olunmasında kömək etmək istəyirik. Hesab edirəm ki, hər iki ölkənin prezidentinin Soçi və bu yaxınlarda Parisdə keçirilən görüşlərinə dəstəyimiz, həmçinin dövlət katibi Con Kerrinin Uelsdə hər iki prezidentlə görüşməsi bizim bu münaqişənin sülh yolu ilə həlli üçün əlimizdən gələni etdiyimizi göstərir”.