İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Minsk qrupu vurulmuş Ermənistan helikopteri ilə bağlı bəyanatını dəyişdi

Minsk qrupu vurulmuş Ermənistan helikopteri ilə bağlı bəyanatını dəyişdi

22.11.2014

ATƏT-in Minsk qrupu Azərbaycanın işğal edilmiş ərazisində vurulmuş Ermənistanın hərbi helikopteri ilə bağlı insident üzrə bəyanatını dəyişib.

Trend-in məlumatına görə, Minsk qrupu bəyanatında helikopterin qalıqlarının olduğu ərazinin adını "neytral"dan "yaşayış olmayan" ifadəsi ilə dəyişib.

Bundan əvvəl Minsk qrupunun bəyanatında qeyd olunmuşdu ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin "neytral ərazi"sinin minalanmış zonasında yerləşir.

Bununla əlaqədar olaraq Azərbaycan rəsmiləri etiraz etmişdilər: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında "neytral ərazi" ifadəsinin işlədilməsi qəbuledilməzdir".

Qeyd edək ki, noyabrın 12-də saat 13:45-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.