İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

NATO Dağlıq Qarabağdakı insidentdən narahatdır

NATO Dağlıq Qarabağdakı insidentdən narahatdır

24.11.2014

NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağdakı insidentdən və zorakılıqdan narahatdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə o, Haaqada NATO Parlament Assambleyasının iclasında deyib.

Baş katibin sözlərinə görə, bu onu göstərir ki, münaqişənin hərbi həll yolu ola bilməz: "Siyasi həll yoluna alternativ yoxdur".

Y.Stoltenberq vurğulayıb: "Mən NATO-nun birbaşa rolunu görmürəm, lakin danışıqlar vasitəsilə Dağlıq Qarabağda davamlı sülh üçün şərait yaratmaq məqsədi ilə Minsk prosesini dəstəkləyir".

Qeyd edək ki, noyabrın 12-də saat 13:45-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.