İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib

36.11.2014

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin "1+1" televiziya kanalının 23 noyabr 2014-cü il tarixində efirə verdiyi "15 respublika" verilişi ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinə müraciət edib. Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə "1+1" telekanalının Azərbaycan Respublikasının ictimai-siyasi sisteminə, müstəqillik illərində əldə etdiyi nailiyyətlərə qara yaxmağa çalışdığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini və səbəblərini təhrif etdiyi, işğalçı Ermənistanı və Dağlıq Qarabağdakı separatçı rejimi mədh etdiyi vurğulanıb.

Səfirlik Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən, BMT Baş Assambleyasında buna səs verən, dostluq və strateji əməkdaşlıq prinsiplərinə hər zaman sadiq olan Azərbaycan Respublikasına qarşı belə sifarişli və qərəzli verilişin nümayiş etdirilməsinin Ukraynada yaşayan on minlərlə azərbaycanlı arasında haqlı narazılıq doğurduğunu, hal-hazırda özü separatçılığın və xarici müdaxilənin qurbanına çevrilmiş Ukrayna dövlətinin separatizmə və işğala dəstək verməyə xidmət edən cəhdlərə göz yummayacağına ümidvar olduğunu bildirib.

Müraciətdə səfirlik tərəfindən adı çəkilən televiziya kanalına etiraz məktubunun göndərildiyi, eyni zamanda həmin bədnam verilişi hazırlayıb təqdim edən, Azərbaycanı mənfi qələmə verən, Ermənistanı ancaq müsbət tərəfdən göstərən, guya azərbaycanlıların Dağlıq Qarabağda erməni kişilərini kütləvi şəkildə qətlə yetirdiklərinə görə bu gün orada qızların oğlanlardan dörd dəfə çox olduğu kimi cəfəng iddialar irəli sürən, Ermənistan silahlı qüvvələrinin işğalında olan və heç bir dövlətin, o cümlədən Ukraynanın da tanımadığı separatçı rejimin qanunsuz fəaliyyət göstərdiyi Azərbaycan torpaqlarına Azərbaycan dövlətinin icazəsi olmadan səfər etmiş jurnalistlər Konstantin Andriyuk və Dmitri Volkovun Azərbaycanda "arzuolunmaz şəxslər" sayılacağı da elan olunub.  

Səfirlik "1+1" televiziya kanalının ölkələr arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinə ciddi zərər vurduğunu qeyd edib, telekanala müvafiq təsir göstərilməsini, Azərbaycan Respublikasına və onun vətəndaşlarına münasibətdə təhqir və böhtana yol vermiş jurnalistlərin tənbeh edilməsini istəyib.