İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Müdafiə Nazirliyi: Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib

Müdafiə Nazirliyi: Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib

09.12.2014

Erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir itki yoxdur, cəbhə boyu vəziyyətə tam nəzarət edilir.