İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Böyük Britaniya azərbaycanlı qaçqınların öz torpaqlarına qayıtmaq haqqını dəstəkləyir

Böyük Britaniya azərbaycanlı qaçqınların öz torpaqlarına qayıtmaq haqqını dəstəkləyir

11.12.2014

Azərbaycan bütün dünyada əhalinin hər nəfərinə görə qaçqın və daxili köçkünlərin ən iri qruplarından birinin olduğu ölkədir və onların öz ərazilərinə qayıtması hüquqlarına istənilən nizamlanma çərçivəsində riayət olunmalıdır. Trend Böyük Britaniya XİN-in saytına istinadən xəbər verir ki, bu barədə nazirliyin “Cənubi Qafqazda qaçqınlar və daxili köçkünlər: sayların oyunu” məruzəsində qeyd olunur.

Məruzədə 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan və Gürcüstanda əhalinin köçürülməsi məsələləri də təhlil olunub. Burada bu insanların payına düşən böyük məhrumiyyətlərdən danışılır.

Məruzədə etiraf edilir ki, həmin şəxslər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdır: "Qaçqınların və daxili köçkünlərin öz evlərinə qayıtmaları çox vacibdir və prinsip etibarilə, bu, beynəlxalq birlik tərəfindən istənilən uzunmüddətli nizamlanmanın zəruri elementi kimi dəstəklənir”.