İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: Fransa Dağlıq Qarabağ məsələsində öz öhdəliklərinə sadiq qalır

Səfir: Fransa Dağlıq Qarabağ məsələsində öz öhdəliklərinə sadiq qalır

11.12.2014

Fransa Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq dinc yolla həll edilməsi üzrə öhdəliklərinə sadiq qalır. Bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye Ermənistan parlamentinin sədri Qalust Saakyanla görüşündə deyib. Trend xəbər verir ki, bu barədə Ermənistanın “1in” nəşri yazır.

Səfir qeyd edib ki, qoşunların təmas xəttində baş verən son insidentlər Dağlıq Qarabağ ətrafında danışıqlarda irəliləyişə yardım edə bilməz.