İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Almaniyada erməni yalanlarını ifşa edən seminar və konfranslar keçirilib

Almaniyada erməni yalanlarını ifşa edən seminar və konfranslar keçirilib

16.12.2014

Ermənistan və xarici ölkələrdəki erməni diasporu tarixdə heç bir zaman olmayan uydurma “erməni soyqırımı” haqqında haray-həşir qoparır və bu oyunun 100 illiyinə hazırlaşırlar. Belə bir şəraitdə erməni yalanlarını ifşa etmək vacib vəzifələrdən biridir. Bu məqsədlə Almaniya parlamentinin və Avropa Parlamentarilər Məclisinin keçmiş üzvü, professor Hakkı Keskinin sədrlik etdiyi Almaniyadakı Türk-Azərbaycan Birliyinin dekabrın 6-14-də Berlin, Dortmund, Bielefeld və Hamburqda təşkil etdiyi iki seminar və dörd konfrans böyük maraq doğurmuşdur.

Azərbaycan Milli Məclisinin deputatı, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları” komissiyasının işçi qrupunun rəhbəri, professor Musa Qasımlı həmin toplantılarda arxiv mənbələri və sənədli mənbələr əsasında “Erməni iddiaları və ən mötəbər arxiv mənbələri əsasında gerçəklər” və “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar” mövzularında etdiyi məruzələr maraqla qarşılanmışdır. Professor çar Rusiyasının və sovet dövlətinin rəsmi sənədləri əsasında tarixdə “erməni soyqırımı” deyilən bir faktın olmadığını, əslində, soyqırımının erməni silahlı dəstələrinin və Ermənistanın törətdiyini vurğulamışdır. Bildirmişdir ki, erməni silahlı dəstələri türklərə, azərbaycanlılara qarşı soyqırımı əvvəlcə Anadoluda, Birinci Dünya müharibəsində rus-türk cəbhəsi dağıldıqdan sonra isə Cənubi Qafqazda - Azərbaycan torpaqlarında yaradılmış indiki Ermənistan Respublikası, Azərbaycan Respublikası ərazilərində, Borçalıda və Cənubi Azərbaycanda qəddarlıqla törətmişlər. Soyqırımı siyasəti sonrakı illərdə də davam etdirilmişdir. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünün gedişində işğal edilmiş Dağlıq Qarabağ regionunda və ətrafında mülki azərbaycanlı əhali soyqırımına məruz qalmışdır. Xocalıda soyqırımı törətməklə Ermənistan bəşəriyyətə və sivilizasiyaya qarşı dövlət səviyyəsində cinayət etmişdir.

Seminar və konfranslarda professor Hakkı Keskin “İngilislərin “Malta istintaqı”, “Avropa İnsan Haqları Məhkəməsinin qərarı və erməni iddialarına qarşı lazım olan strategiyalar”, Almaniyadan olan doktor Əli Söləməzoğlu “1915-ci ildə Anadoluda nə oldu? Xarici mənbələr əsasında bir araşdırma” və “Erməni soyqırımı iddialarına qarşı həqiqətləri necə müdafiə edə bilərik?” adlı maraqlı məruzələr etmişlər.

Azərbaycan, türk diasporunun və alman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi seminar və konfranslar haqqında Almaniyada dərc edilən türkdilli qəzetlərdə və saytlarda geniş məlumatlar verilmişdir