İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ Almaniyanın Minsk qrupu nümayəndələrinin fikir mübadiləsinə qoşulmasını yüksək qiymətləndirir

ABŞ Almaniyanın Minsk qrupu nümayəndələrinin fikir mübadiləsinə qoşulmasını yüksək qiymətləndirir

18.12.2014

ABŞ Almaniyanın ATƏT-in Minsk qrupu nümayəndələrinin fikir mübadiləsinə qoşulmasını yüksək qiymətləndirir.

Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrləri ötən həftə alman həmkarları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinə dair məsləhətləşmələr aparmaq üçün Berlinə səfər etmişdilər: "Biz Almaniyanın ATƏT-in Minsk qrupunun üzvü kimi bu prosesi irəliyə aparmaq məqsədilə Minsk qrupu nümayəndələrinin fikir mübadiləsinə qoşulmasını yüksək qiymətləndiririk".

Səfirlik qeyd edir ki, həmsədrlər münaqişənin uzunmüddətli nizamlanması məqsədi ilə tərəflərin bir araya gəlməsini və danışıqların davam etdirilməsini səbirsizliklə gözləyir.