İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistanın Aİİ-yə qoşulmasından sonra Dağlıq Qarabağ bu quruma daxil olmayacaq

Ermənistanın Aİİ-yə qoşulmasından sonra Dağlıq Qarabağ bu quruma daxil olmayacaq

19.12.2014

"Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulduqdan sonra Dağlıq Qarabağ (Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi - red.) bu ittifaqa qoşulmayacaq".

Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bunu Belarus xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç bu gün Ermənistanın Aİİ-yə qoşulması haqqında müqavilənin paraflanmasına dair qanun layihəsini təqdim edərkən bildirib.

Nazir müavini izah edib ki, Ermənistan tərəfi bu məqama şərt qoyan nota hazırlayıb: "Bizim Ermənistanın tərkibinə daxil olmayan ərazilərin Gömrük İttifaqının tərkibində ola biləcəyi ilə bağlı narahatlığımız var idi. Ermənistan tərəfi bu tələbi anlayışla qəbul etdi. Dağlıq Qarabağın Ermənistan ərazisi olmaması ilə bağlı nota müqaviləyə əlavə edildi. Ermənistan tərəfinin rəsmi şifahi bəyanatı verildi".

O, qeyd edib ki, Ermənistanı Gömrük İttifaqının de-fakto iştirakçısı və Aİİ-nin gələcək üzvü etmək üçün hər hansı maneə yoxdur.