İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Almaniya XİN Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bir daha təsdiq etdi

Almaniya XİN Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bir daha təsdiq etdi

19.12.2014

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bir daha təsdiq edib.

Trend-in Almaniya XİN-in saytına istinadən verdiyi məlumata görə, AFR XİN-in dövlət katibi Ştefan Ştaynlayn Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryö (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), eləcə də ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə Almaniya XİN-də görüş keçirib.

Görüşdə Ermənistan və Azərbaycan arasında artıq 20 ildən çoxdur davam edən münaqişədə artan gərginlik riski fonunda münaqişənin siyasi həlli imkanları, münaqişə tərəfləri arasında etimadın yaradılması və problemin həlli prosesində Aİ-nin daha fəal iştirakı məsələləri müzakirə edilib.

Məlumatda qeyd olunur ki, ATƏT-in Minsk qrupu (həmsədrlər: Fransa, Rusiya və ABŞ. Almaniya sıravi üzvdür) 1992-ci ildən etibarən Ermənistan tərəfindən işğal olunmuş, beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olan Dağlıq Qarabağ ərazisi uğrunda münaqişənin siyasi yolla həlli prosesinə rəhbərlik edir. Həmsədrlər bununla bağlı münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanla danışıqlar aparırlar. Son aylarda hər iki ölkənin prezidentlərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib. Eyni zamanda, 2014-cü ildə atəşkəs xəttində ölüm hallarının aşkar şəkildə artması, habelə 12 noyabr tarixində erməni hərbi helikopterinin Azərbaycan tərəfindən vurulması qeydə alınıb.