İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bakıda ermənilərin yalanlarını ifşa edən yeni texnologiyanın təqdimatı olub

Bakıda ermənilərin yalanlarını ifşa edən yeni texnologiyanın təqdimatı olub

25.12.2014

APA-nın xəbərinə görə, layihənin əsas məqsədi azərbaycanlılar və regionun digər xalqlarının mədəni və irsi nümunələrinin ermənilər tərəfindən əsassız olaraq mənimsəməsinin qarşısının alınmasıdır.

Təqdimatda iştirak edən Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov bildirib ki, yeni texnologiya vasitəsilə hər hansı mədəni nümunənin hansı millətə, o cümlədən nə dərəcədə ermənilərə aid olduğunu çox sadə bir üsulla yoxlamaq olacaq.

Yeni texnologiyanın iş prinsipindən danışan F. Axundov bildirib ki, artıq sistem vasitəsi ilə hər hansı söz erməni lüğətinə salınacaq və söz bu lüğətdə tapılmasa, türk millətlərinin lüğətlərində axtarılacaq və burada tapılsa, deməli bu sözü ermənilər yerli millətdən götürüblər. Prezident Administrasiyanın rəsmisi vurğulayıb ki, araşdırma zamanı qədim erməni lüğətlərindən istifadə olunub, çünki hazırda ermənilər müasir lüğətlərində dəyişikliklər edirlər və ora yeni sözlər əlavə edirlər.

 

F. Axundovun sözlərinə görə, yeni lüğət Gürcüstana və müxtəlif millətlərə veriləcək, habelə UNESCO-ya təqdim olunacaq.

“Ermənilər lavaşın onlara məxsus olduğunu iddia edirlər, lakin erməni lüğətlərində nə lavaş, nə də tütəyə aid heç nə yoxdur. Əgər ermənilər qədimdə lavaş yeyiblərsə, bu söz onların lüğətində olmalı idi. Ermənilər gürcülərdən də xaçapurini götürüblər. Ümumiyyətlə, ermənilər vaxtilə İranın Marağa vilayətindən indiki Ermənistan ərazisinə köçürülməyə başlayandan sonra qonşu xalqlara və millətlərə məxsus maddi-mənəvi dəyərləri mənimsəməyə başlayıdılar”, - deyə o vurğulayıb.

PA-nın sektor müdirinin sözlərinə görə, bu texnologiya təkcə filoloji məsələ deyil: “Ermənilər lavaşı mənimsəməklə, tarix problemini də həll edirlər”.

F. Axundov həmçinin qeyd edib ki, yeni texnologiya erməni cəmiyyəti üçün də müəyyən həqiqətləri açacaq.

Qafqaz Tarixi Mərkəzinin əməkdaşı Elşad Əlili isə bildirib ki, ermənilər lavaşın onların olduğunu iddia etsələr də, bu söz araşdırmalar zamanı heç bir erməni lüğətində tapılmayıb. Onun sözlərinə görə, bu söz VII əsrdən başlayaraq türk lüğətlərində rast gəlinir.

Qeyd edək ki, texnologiyanın geniş yayılması, lüğətlərin ingilis və digər dillərə tərcümə edilməsi nəzərdə tutulur.