İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"İsrail qondarma "erməni soyqırımı"nı tanımaq niyyətində deyil"

09.01.2015

İsrail qondarma "erməni soyqırım”ını tanımaq niyyətində deyil. Bu barədə Trend-ə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bəzi İsrail siyasətçilərinin hökuməti qondarma "erməni soyqrımı”nı tanımağa çağırmasına münasibət bildirərkən deyib.

Səfir bildirib ki, İsrail demokratik ölkədir və hər kəsin bir deyil, bir neçə fikri ola bilər: “Hər bir insanın fərdi fikirləri var. Ancaq hökumətin aydın mövqeyi mövcuddur. Bu məsələyə gəlincə isə İsrail heç vaxt bunu tanımayacaq və tanımaq niyyətində də deyil”.

R.Harpaz əlavə edib ki, İsrailin xarici işlər naziri Adviqor Liberman da hökumətin bu mövqeyini əvvəllər də bəyan edib.

İsrail ilə Türkiyə arasında müşahidə olunan soyuq siyasi münasibətlər məsələsinə gəlincə, səfir iki ölkə arasında siyasi əlaqələrin yaxşılaşacağına ümidvar olduğunu bildirib: “Bizim əməkdaşlığımız üçün kifayət qədər ümumi məsələlər və maraqlar mövcuddur. Burada "Türk Hava Yolları"nı misal gətirmək olar. "Türk Hava Yolları" İsraildə fəaliyyət göstərən ən böyük xarici aviaşirkətdir. Turizm, ticarət sahəsində də əməkdaşlıq artan xətt üzrə gedir. Ümid edirik ki, iki ölkə arasında siyasi münasibətlər də yaxşılaşacaq”.