İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiyanın Ermənistandakı hərbi bazasının qulluqçusu bir ailənin 6 üzvünü güllələyib

Rusiyanın Ermənistandakı hərbi bazasının qulluqçusu bir ailənin 6 üzvünü güllələyib

12.01.2015

Ermənistanda bir ailənin altı üzvünü güllələyən şəxsin hərbçi olduğu məlum olub.

APA-nın “Armtoday”ə istinadən xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sonna Truzyan açıqlama verib.

Onun sözlərinə görə, Myasnikyan küçəsindəki evlərin birində qatil bir ailənin altı üzvünü güllələyib, altı aylıq körpə isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib: “Bizə hərbi qulluqçunun hərbi hissədən qaçması barədə məlumat daxil olub. Hadisə yerindən tapılan əsgər çəkmələri üzərində onun adı və soyadı yazılıb”.

Gümrüdəki Avstriya xəstəxanasının baş həkimi direktoru Aşot Kurqinyan bildirib ki, körpənin bədənində kəsilmiş-deşilmiş yaralar var. Uşaq anasının meyitinin yanında olub. Ehtimal ki, qatil onun da öldüyünü güman edib.

Hazırda silahlı cinayətkarın axtarışları davam etdirilir. Qətldə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının hərbi qulluqçusu şübhəli bilinir.