İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Böyük Britaniyanın “The Guardian” qəzeti Azərbaycana qarşı təxribata yol verib

Böyük Britaniyanın “The Guardian” qəzeti Azərbaycana qarşı təxribata yol verib

12.01.2015

Böyük Britaniyanın “The Guardian” qəzeti “2015-ci il tətilləri üçün ən macəralı yerlər” başlıqlı məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi Dağlıq Qarabağı da qeyd edib.APA-nın qəzetin rəsmi saytına istinadən verdiyi məlumata görə, məqalədə Dağlıq Qarabağ Azərbaycan tərəfindən “əhatə olunmuş” dağlıq anklav, “1991-ci ildə müstəqilliyini elan etmiş” və Ermənistanın nəzarətində olan ərazi kimi göstərilib.

“Sərhəd çəkişmələri və əraziyə nəzarət uğrunda gedən davamlı mübarizə onu göstərir ki, bu səyahət qorxaqlar üçün deyil, lakin orada təklif olunacaq çox şey var: dağ monastırları, arxeoloji abidələr, qədim mağara kompleksləri və fərqli təbiət gözəlliyi. Bu əraziyə Yerevan vasitəsilə səyahət edə bilərsiniz”, – deyə məqalədə bildirilib.

“The Guardian” oxuculara bu əraziyə səyahəti Böyük Britaniya şirkəti olan “Regent Holidays” vasitəsilə gerçəkləşdirməyi təklif edib və məqalədə şirkətin saytındakı “Dağlıq Qarabağa qrup turları” proqramına keçid verib.

Şirkətin rəsmi saytında isə (regent-holidays.co.uk) Dağlıq Qarabağ Ermənistan kateqoriyasında verilir, Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistandan keçməklə tur xidmətləri təklif olunur. Qeyd edək ki, həmin şirkət eyni zamanda Azərbaycana da turlar təşkil edir.

APA-nın sorğusuna cavab olaraq Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib ki, hazırda məsələ araşdırılır və tezliklə rəsmi Bakı öz mövqeyini açıqlayacaq.