İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin həlli "yolavermə taktikası" ilə uzadılır

Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin həlli

15.01.2015

"Dağlıq Qarabağ münaqişəsinin həlli edilməsinə dair aparılan danışıqlardakı son vəziyyəti Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdik. Görünən odur ki, ATƏT-in Minsk qrupu “üçlüyü” təəssüf ki, hələ də qərarlı addım atmayıb və problem “yolavermə taktikası” ilə uzadılır".

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

R.T.Ərdoğan bildirib ki, bununla bağlı beynəlxalq qərarların verilməsinə baxmayaraq, münaqişənin həllinin hələ də “yolavermə taktikası” ilə uzadılması üzücüdür: "Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsi məsələsində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qərarlılıqla davam edəcək. Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzu ilə bağlı Türkiyə olaraq mövqeyimiz qətidir. Görüşümüzdə bunları da müzakirə etdik. Geriyə addım atmağımız da əsla mümkün deyil!"