İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

NATO Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasından narahatdır

NATO Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasından narahatdır

16.01.2015

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasından narahatlığını ifadə edib.

APA-nın “armenpress.am”a istinadən verdiyi məlumata görə, bu gün İrəvanda səfərdə olan C. Appaturay Ermənistanın müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Görüşlər zamanı C. Appaturay NATO və Ermənistan arasında əməkdaşlıq məsələlərini, habelə bölgədəki vəziyyəti müzakirə edib.