İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransanın ABŞ-dakı səfirinin açıqlamaları erməniləri qəzəbləndirib

Fransanın ABŞ-dakı səfirinin açıqlamaları erməniləri qəzəbləndirib

16.01.2015

Səfir Jerar Aro: “Fransada Holokostun inkarının qadağan olunması haqda qanun var, çünki Holokost doğrudan da baş verib”.

Fransanın ABŞ-dakı səfiri Jerar Aronun uydurma “erməni soyqırımı” ilə bağlı ABŞ-ın NBC telekanalına açıqlaması Fransadakı ermənilərin etirazına səbəb olub. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi xəbərə görə, Fransadakı erməni məsələsi üzrə büro Fransanın xarici işlər naziri Loran Fabiusa etiraz məktubu göndərib.   

Qeyd edək ki, səfir J. Aro Fransada Holokost (yəhudi soyqırımı) və “erməni soyqırımı”nı inkar etməyin qanunla qadağan olunduğu halda, nə üçün islam əleyhinə karikaturalar çəkilməklə provokasiya törədilməsinə icazə verildiyi barədə sualı belə cavablandırıb: “Əslində “erməni soyqırımı”nı inkar etməyin qadağan olunması haqda qanun yoxdur. Holokostun inkarı ilə bağlı qanun var, çünki bu, fikir deyil, Holokost doğrudan da baş verib. “Holokost” olmayıb deməklə siz hansısa fikir ifadə etmirsiniz, çünki bu, faktdır. Fransada Holokostu inkar etməkdən başqa hər şeyə icazə var. Əlbəttə, insanı ləkələyən məlumatlardan başqa”.      

Fransadakı Erməni Bürosunun məktubunda isə deyilir ki, Fransa təmsilçisinin bu fikirləri dövlətin rəsmi mövqeyinə ziddir, çünki Fransa rəsmi şəkildə “erməni soyqırımı”nı tanıyıb. Məktub müəllifləri səfirin bu sözlərinə rəsmi münasibət bildirilməsini xahiş ediblər. Amerika Erməni Milli Komitəsi isə Fransanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çağırıb.