İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək"

21.01.2015

Türkiyə Azərbaycanı dəstəkləyib və dəstəkləməyə də davam edəcək. Trend-in "Beyazgazete"yə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə parlamentinin spikeri Cəmil Çiçək deyib.

Onun sözlərinə görə, bütün müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinə köklənməlidirlər: "Cənubi Qafqazda həll edilməli olan problemlərdən biri Dağlıq Qarabağ münaqişəsidir".

C.Çiçək qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və nəticədə 1 milyondan çox qaçqının olmasına baxmayaraq, dünya ictimaiyyəti bu problemə biganə yanaşır.