İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: "Ermənistan ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirib"

Prezident İlham Əliyev:

23.01.2015

Yanvarın 23-də Davosda dünyanın iqtisadi liderlərinin qeyri-formal toplantısı keçirilib. APA-nın verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev  “Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada iştirak edib.

Dövlət başçısı çıxışında beynəlxalq aləmdə təzahür edən terror hallarına toxunub, terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycanın üzləşdiyi problemlərdən danışıb. Prezident İlham Əliyev  Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktının həyata keçirildiyini, nəticədə 2000-dən artıq soydaşımızın qətlə yetirildiyini bildirərək Azərbaycanın BMTTəhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən birinin terrorizm mövzusuna həsr olunduğunu vurğulayıb.

Dövlət başçısı onu da bildirib ki, Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edib və antiterror koalisiyasının fəal üzvlərindən olub.

Qeyd edək ki, yanvarın 23-də prezident İlham Əliyevin İsveçrəyə işgüzar səfəri başa çatıb.