İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Amerikalı politoloq: Ermənistan münaqişənin həllində heç bir tərəqqi istəmir

Amerikalı politoloq: Ermənistan münaqişənin həllində heç bir tərəqqi istəmir

24.01.2015

Bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəqqi gözlənilmir. Bunu Trend-ə amerikalı politoloq Pol Qobl 2015-ci ildə münaqişənin həll perspektivlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan münaqişənin həllində heç bir tərəqqi istəmir: "Bu il münaqişənin həllində tərəqqi ilə bağlı nikbin deyiləm. Düşünmürəm ki, Ermənistan bunu istəyir və Moskvanın Yerevanı buna sövq etdiyini görmürəm".

Ekspert hesab edir ki, Kreml yalnız ona Azərbaycandan nə isə lazım olarsa, Ermənistanı hərəkətə sövq edəcək.

P. Qoblun qənaətincə, Rusiya bu yaxınlarda Azərbaycan və Qərb arasında ixtilafa baxmayaraq, Azərbaycandan nə isə ala bilməyəcək.

Politoloq əlavə edib ki, Rusiya ilə həddən artıq yaxınlaşma ölkənin son 20 ildə üzərində işlədiyi hər şeyin üstündən xətt çəkmək anlamına gələ bilərdi.