İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Norveç QHT-ləri Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış edib

Norveç QHT-ləri Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış edib

27.01.2015

Norveçin 25 qeyri-hökumət təşkilatını özündə birləşdirən Saqene Beynəlxalq və Multikultural Könüllülər Mərkəzi (Sagene International and Multicultural Volunteer Center – SAIFF) Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edib. Trend xəbər verir ki, bu barədə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev bildirib.

Norveç QHT-lərinin bəyanatında bildirilir ki, “Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etməsindən 22 il keçir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, ədalət bu günə qədər öz yerini tapmayıb”.

Sənəddə qeyd edilir ki, Qarabağda ermənilərin işğalından əvvəl 600-dən çox tarixi abidə və 1050-dən artıq qədim tikili mövcud idi. Təkcə Qafqazın konservatoriyası kimi tanınan Şuşada 36 təhsil ocağı, 435 mədəni və dini mərkəz, 10 muzey və qala məqsədyönlü şəkildə dağıdılıb.

Ermənistan hələ 1988-ci ildə, Sovet İttifaqının süqutundan əvvəl Moskvanın köməyinə arxalanaraq ərazi iddiaları ilə çıxış edib və Rusiyanın intensiv dəstəyi ilə hərbi əməliyyatlara başlayıb. 1994-cü ildə atəşkəs elan olunana qədər Ermənistan Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu işğal edib.

İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıtmış, etnik təmizlənmə həyata keçiriblər. Bütün bunlar “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması barədə” 1954-cü il Haaqa və “Dünya mədəni və təbii irsinin qorunması”na dair UNESCO-nun 1972-ci il konvensiyalarına ziddir.

“SAİFF”-in İdarə Heyəti Azərbaycanın mədəniyyətinə, musiqisinə, adət-ənənələrinə və insanlarına həmrəylik və beynəlxalq dəstək aktı olaraq “Qarabağa Azadlıq” adlı bəyanat imzalayır və bu regionun daha yaxşı gələcəyi naminə dünya birliyinin digər üzvlərinə qoşulur”, - deyə sənəddə bildirilir.