İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiyalı rejissor Nikita Mixalkov ermənilərin Qarabağa köçürülməsi haqqında film çəkir

Rusiyalı rejissor Nikita Mixalkov ermənilərin Qarabağa köçürülməsi haqqında film çəkir

28.01.2015

Rusiyalı rejissor Nikita Mixalkov Serbiyada “Kustendorf” kinofestivalında çıxışı zamanı “Qriboyedov” serialı üzərində işə başladığını bəyan edib.

12-15 seriyadan ibarət olacağı güman edilən telelayihə üçün tammetrajlı film də montaj edilib.

Bu barədə TASS xəbər verir.

Süjetin əsasında rusiyalı yazıçının ölümü dayanır.

“Biz sübut etdik ki, Qriboyedovun qətli müsəlman qaragüruhun deyil, ingilislərin planlaşdırdığı soyuqqanlı bir qətldir, çünki o, İpək yolunda onlara mane olurdu”, - deyə, Mixalkov bildirib.  

Onun sözlərinə görə, əvvəllər bu əsəri Dağlıq Qarabağdakı hadisələrlə bağlı çəkə bilməyiblər.

Rejissorun sözlərinə görə, “Qriboyedovun” ssenarisi hələ 1985-ci ildə yazılıbmış. Onun müəllifləri Mixalkovun özü, həmçinin Aleksandr Adabaşyan, Yuri Loşits və İrakli Kvirikadzedir. 1980-cı illərin sonunda çəkilişlərin bir hissəsinin getdiyi Dağlıq Qarabağ ətrafındakı gərgin vəziyyətlə əlaqədar film üzərində işlər dayandırılıb.

“Biz o zaman bu əsəri Qarabağa görə çəkə bilmədik. Orada müharibə başlamışdı və bizim üçün bunu etmək qeyri-mümkün idi”, - deyə, o, bildirib və xatırladıb ki, “Qriboyedov Qarabağa erməni ailələrini köçürüb: İrana aparılmış 40 min erməni girovunu oradan çıxarıb”.