İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Cəbhədə iki erməni hərbçi yaralanıb

Cəbhədə iki erməni hərbçi yaralanıb

29.01.2015

APA-nın Ermənistanın «razm.info» hərbi saytına istinadən verdiyi məlumata görə, bu gecə cəbhənin şimalında – Qazax-İcevan istiqamətində baş verən atışmada Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu yaralanıb.

Sayt yaralıların adlarını da açıqlayıb. Bunlar 1987-ci il təvəllüdlü Qrişa Otaryan və 1967-ci il təvəllüdlü Surik Movsisyandır.

Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib. Yaralılar İcevanda xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, yanvarın əvvəlindən bu günədək cəbhədə Ermənistan Ordusunun 17 hərbçisi öldürülüb, 20 nəfər yaralanıb. Həmçinin bu gün cəbhə xəttində Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat aparan Ermənistan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatı vurulub.