İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İsrail prezidenti Xocalı faciəsini dünyadakı kütləvi qətllər sırasında qeyd edib

İsrail prezidenti Xocalı faciəsini dünyadakı kütləvi qətllər sırasında qeyd edib

30.01.2015

İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost (yəhudi soyqırımı) qurbanları ilə bağlı keçirilən mərasimdəki çıxışında Xocalı faciəsini də dünyada törədilən soyqırımlar və kütləvi qətllər sırasında qeyd edib.

APA-nın İsrail XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, antisemitizmə, şovinizmə və bəşəri cinayətlərə qarşı mübarizədən söz açan İsrail prezidenti bildirib ki, dünya ictimaiyyəti həddən çox göz yaşı tökür, amma daha az iş görür: “Bu gün biz özümüzdən soruşmalıyıq ki, bizim assambleyanın soyqırımlara qarşı mübarizəsi yetərli olubmu? Bu mübarizə Bosniyadakı soyqırımın qarşısını almaq üçün kifayət qədər səmərəliydimi? Xocalıda insanların ölümünün qarşısını almaq üçün səmərəliydimi? Bəs Taliban tərəfindən əfqanların öldürülməsinin?! Bu gün bu mübarizə Suriyada yetərlidirmi? Nigeriyada “Boko Haram”ın törədiklərinin qarşısını almaq üçün kifayət edirmi? Biz həddən çox göz yaşı axıdır, amma az iş görürük”.