İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Əhmədov: “Ermənistan beynəlxalq təşkilatların çıxardığı qərarlara əhəmiyyət vermir”

Əli Əhmədov: “Ermənistan beynəlxalq təşkilatların çıxardığı qərarlara əhəmiyyət vermir”

02.02.2015

Azərbaycan baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədr müavini-icra katibi Əli Əhmədov separatçı Dağlıq Qarabağrejiminin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə “hökm” çıxarılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilməsinə və öldürülmüş Həsən Həsənova qarşı işgəncə ilə bağlı Azərbaycanın prokurorluq orqanları tərəfindən cinayət işinin qaldırılmasına münasibət bildirib.

APA-nın məlumatına görə, Ə. Əhmədov deyib ki, 20 ildən artıqdır, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı müvafiq beynəlxalq təşkilatların çıxardığı qərarlara Ermənistan əhəmiyyət vermədiyi üçün bu məsələ ilə bağlı da beynəlxalq təşkilatların çıxaracağı qərarın yerinə yetirilməsinə azərbaycanlılarda inamsızlıq var.

O qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi məsələnin ədalətli həll olunması üçün əlindən gələni edəcək: “Bu da aydındır ki, bu prosesin özü Ermənistanın nə dərəcədə təcavüzkar mövqedə dayandığını bir daha bütün dünyaya nümayiş etdirir”.