İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistanın təcavüzü nəticəsində Azərbaycana indiyədək dəymiş zərərin məbləği açıqlandı

Ermənistanın təcavüzü nəticəsində Azərbaycana indiyədək dəymiş zərərin məbləği açıqlandı

03.02.2015

"Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələri üzrə dəyən zərər 177 milyard ABŞ dolları, əhalinin mülkiyyətinə dəyən zərər isə 55,4 milyard ABŞ dolları təşkil edib". Trend-in məlumatına görə, bu barədə "MBA LTD" Qiymətləndirmə şirkətinin prezidenti, Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi Qrupunun üzvü Nüsrət İbrahimov "Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsinin reallıqları" mövzusunda konfransda deyib.

N.İbrahimov əlavə edib ki, Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilərək məhv olunması nəticəsində dəymiş birbaşa və dolayı zərərlərin 190 milyard ABŞ dollarından artıq olacağı heç kəsdə şübhə doğurmur.

Onun sözlərinə görə, Azərbaycanın itkiləri düşmən təcavüzü davam etdiyi müddətdə ilbəil artır.