İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Novruz Məmmədov: ABŞ separatçı Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə dəstəyi göstərir

Novruz Məmmədov: ABŞ separatçı Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə dəstəyi göstərir

04.02.2015

Trend:

ABŞ tərəfindən separatçı Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə dəstəyi göstərilir. Azərbaycan beynəlxalq münasibətləri bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda qurur, bu baxımdan Qərb ölkələri və ABŞ istisna təşkil etmir. Trend-in məlumatına görə, bunu Lenta.ru-ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyində ikilik mövcud deyil: "Biz davamlı dialoqun, qarşılıqlı faydalı əməkdaşlığın və ölkələrin bir-birilərinin daxili işlərinə qarışmamasının tərəfdarıyıq".

Lakin N.Məmmədov qeyd edib ki, Azərbaycan ayrı-ayrı ölkələrin mövqeyini və aydın ifadə edilən ikili standartlar siyasətini həmişə başa düşmür: "Azərbaycan çox vaxt bəzi Qərb siyasətçilərinin əsassız tənqidinin obyektinə çevrilir. Onlar Azərbaycanın müstəqil mövqeyi ilə heç cür barışa bilmirlər. Bu ölkələrdə erməni diasporunun maraqlarına xidmət edən digər tənqidçilər isə Azərbaycanı qaralamağa və silahlı təcavüzə, Azərbaycan torpaqlarının 20 faizinin işğalı faktına haqq qazandırmağa çalışırlar. Bununla yanaşı, milyondan çox qaçqın və məcburi köçkünün tapdalanmış hüququ diqqətdən kənarda qalır. Separatçı Dağlıq Qarabağ rejiminə ABŞ tərəfindən birbaşa maliyyə yardımı göstərilir, halbuki qitənin digər regionlarındakı analoji vəziyyətlərdə ABŞ sankiya siyasəti həyata keçirir və maliyyə strukturlarına həmin ərazilərdə fəaliyyət göstərməyi qadağan edir".

N.Məmmədov əlavə edib ki, Azərbaycan iri enerji və logistik layihələri reallaşdırmaqla məsuliyyətli tərəfdaş qismində özünü göstərib: "Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional layihələrə təşəbbüs göstərir və həyata keçirir. Bu, 1991-ci ildə müstəqilliyin qazanılmasından etibarən transmilli maliyyə korporasiyalarının iştirakı olmadan maliyyələşdirilən ilk regional layihədir".