İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"Türkiyə Azərbaycana kömək edəcək"

09.02.2015

Trend:

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycana kömək edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini və tərəflər arasında sülh danışıqlarını dəstəkləyir".

Diplomat qeyd edib ki, Türkiyə ATƏT-in Minsk qrupunun fəaliyyətini də tam dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə nizamlanacağına inanır: "Nə olursa olsun, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində və ən qısa zamanda Azərbaycan torpaqlarının qaytarılmasında hər zaman Azərbaycana kömək edəcək”.