Mövzuya dair digər materiallar:
Ermənilər Ağcabədi rayonunu atəşə tutdu, 1 nəfər yaralandı
Azərbaycan Prezidenti: Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq
Dövlət başçısı: "Dünya birliyinə çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır"
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
Arizona Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edib
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb
XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat və ya üçqat artırmaq lazımdır
Rusiya XİN: Dağlıq Qarabaq münaqişəsinin tərəfləri bir-birinə qarşı etibarsızlıqdan imtına etməlidir
BMT Baş Assambleyasının sədri Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun rolu barədə
10.02.2015
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Yerevan şəhərində qondarma "Dağlıq Qarabağ respublikası"nın "xarici işlər naziri" Karen Mirzəyanla görüşü məsələsinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, H.Hacıyev qeyd edib ki, bu görüş barədə Azərbaycan tərəfinin əvvəlcədən məlumatı vardı: “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan Respublikasının vətəndaşlarıdırlar”.
O vurğulayıb ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi H.Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib: “Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır”.
XİN rəsmisi bildirib ki, Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər.