İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: "Azərbaycan Qərbin Dağlıq Qarabağ probleminə münasibətdə ikili standartlar tətbiq etməsinin əleyhinədir"

Əli Həsənov:

12.02.2015

"Azərbaycan münaqişələrin hərbi yolla həllinin əleyhinə çıxış edir. Biz buna əminik ki, müasir dünyada münaqişələrin tənzimlənməsi üçün daha əhəmiyyətli alətlər var". Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Financial Times"-a müsahibəsində deyib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan daxili siyasətində Qərblə Rusiya arasında neytral mövqe tutur. Lakin Azərbaycan ötən il BMT-də Krımın RF-yə birləşdirilməsinin əleyhinə səs verib və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Qərb ölkələri hökumətlərinin Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı məsələsində analoji mövqe tutmadıqlarından məyusdur: "Biz Qərbin bu problemə münasibətdə ikili standartlar tətbiq etməsinin əleyhinəyik. Bir münaqişədə Qərb "separatçılar" terminini işlədir, digərində yox".