İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır

Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır

12.02.2015

Trend:

Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır. Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsindəki mikrobloqunda qeyd edib.

C.Uorlik yazıb: "Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyey ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdik. Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır".

Qeyd edək ki, Minsk qrupunun həmsədləri C.Uorlik (ABŞ), Pyer Andre (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Finlandiyada səfərdədirlər.

Həmsədrlər bu saatlarda Finlandiya XİN rəhbəri və dövlət katibi Piter Stenlandla görüşlər keçirirlər.

Həmsədrlər fevralın 15-də Azərbaycana, sonra isə Ermənistana səfər edəcəklər.