İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avropa azərbaycanlı girovların işi ilə bağlı ədalətə çağırır

Avropa azərbaycanlı girovların işi ilə bağlı ədalətə çağırır

13.02.2015

Trend:

Avropa Parlamentinin 24 ölkədən olan üzvləri işğal olunmuş Dağlıq Qarabağda azadlıqdan məhrum edilmiş azərbaycanlı girovlar üzərində ədalətli məhkəmənin keçirilməsi ilə bağlı müraciətə imza atıblar. Bu barədə Trend "PR Newswire" saytına istinadən məlumat verir.

Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən ədalətli məhkəmənin keçirilməsinə çağıran müraciət Avropa Parlamentinin 46 üzvü, o cümlədən İrlandiya, İspaniya, İtaliya, Finlandiya, Ukrayna və Xorvatiyadan olan parlamentarilər tərəfindən imzalanıb.

Saytda gedən materialda qeyd olunur ki, iki azərbaycanlı - Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev beynəlxalq müqavilələrinin iştirakçısı olmayan, qanunun aliliyi və insan hüquqlarının müdafiəsinə zəmanət verməyən qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilən "məhkəmə"də azadlıqdan məhrum ediliblər.

Petisiya fevralın 5-də AŞ PA-da Azərbaycanın nümayəndəsi Elxan Süleymanov tərəfindən təqdim olunub.

Qeyd edək ki, ermənilərin qurduğu qondarma "məhkəmə"də Kəlbəcərdə girov götürdükləri D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.