İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Həmsədrlər artıq başa düşürlər ki, böyük sülh sazişi üzərində işə başlamağın vaxtıdır

XİN: Həmsədrlər artıq başa düşürlər ki, böyük sülh sazişi üzərində işə başlamağın vaxtıdır

16.02.2015

Trend:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə böyük sülh sazişi üzərində işə başlamaq lazımdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, ATƏT-in Minsk qrupunun həmsədrləri artıq başa düşürlər ki, böyük sülh sazişinin üzərində işə başlamağın vaxtıdır: "Bunu həmsədr dövlətlərin başçıları da dəstəkləyirlər. Laçında, Kəlbəcərdə erməni əsgər olmamalıdır. Regionda sülhün bərpa edilməsi üzrə ciddi danışıqlara başlamaq lazımdır".

E.Məmmədyarov qeyd edib ki, əsas problem Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasından ibarətdir: "Həmsədrlər Ermənistanı buna çağırmalıdırlar. Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır".

Kəlbəcərdə Ermənistanın girov götürdüyü iki azərbaycanlı haqqında danışan XİN rəhbəri əlavə edib ki, onlar Azərbaycana təhvil verilməlidir: "Azərbaycan bu məsələni bütün beynəlxalq təşkilatlar qarşısında qaldırıb".

Öz növbəsində M.C.Zərif bildirib ki, İran qonşu dövlət kimi bütün regionda sülhə və təhlükəsizliyə böyük təhdid olan münaqişənin həllinə yardım etməyə hazırdır.