İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"Dağlıq Qarabağ və Ukrayna münaqişələri bir-birinə bənzəmir"

17.02.2015

Trend:

Ukraynada baş verən hadisələr Dağlıq Qarabağda baş vermiş hadisələrdən fərqlənir. Hər bir münaqişənin öz tarixi, xüsusiyyəti və hər iki xalqın narahat olduğu bir sıra həssas nöqtələri var.

Bunu Trend-ə Sloveniya Dövlət Şurasının sədri Mitya Bervar Avropanın Ukrayna böhranına münasibətdə fəal siyasətini şərh edərkən deyib.

Onun sözlərinə görə, Sloveniya Dövlət Şurası bütün mədəni və tarixi məqamları nəzərə almaqla bu problemlərin həllinə kömək edə bilərdi: "Yuqoslaviyada da müharibə olmuşdu, xüsusilə, Sloveniya müstəqillik uğrunda 11 günlük müharibə yaşayıb. Biz bu müharibədən sonra danışıqlar masası arxasına oturduq və hər şey barədə razılığa gəldik".

M.Bervar vurğulayıb ki, bütün münaqişələr sülh yolu ilə nizamlanmalıdır.