İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Ermənistan növbəti dəfə əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır

XİN: Ermənistan növbəti dəfə əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır

18.02.2015

Trend:

Ermənistan növbəti dəfə əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə səsləndirdiyi fikirləri mətbuata şərh edərkən deyib.

O, qeyd edib ki, Ermənistan xarici işlər naziri özünün təəssüf doğuran ziddiyyətli şərhləri ilə kimin real olaraq regionda sülh və təhlükəsizliyin bərqərar olmasına əngəl yaratdığını bir daha göstərdi.

H.Hacıyev bildirib ki, davam edən sürəkli gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: "Qeyd olunan “Dağlıq Qarabağ” heç vaxt əsas prinsiplərin hazırlanması üzrə danışıqların hər hansı bir mərhələsində iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə bütün mümkün metodlarla əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır".