İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azay Quliyev Minsk qrupunun formatının dəyişdirilməsi ilə bağlı təklifini əsaslandırdı

Azay Quliyev Minsk qrupunun formatının dəyişdirilməsi ilə bağlı təklifini əsaslandırdı

19.07.2015

Trend:

Azərbaycanın millət vəkili Azay Quliyev ATƏT PA-nın sessiyasında Almaniya və Türkiyənin Minsk qrupu həmsədrliyinə gətirilməsi ilə bağlı təkliflə çıxış edib.

Trend-in məlumatına görə, A.Quliyev diqqəti 20 ildən artıq müddətdir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış, lakin ötən dövr ərzində heç bir uğurlu nəticə əldə etməmiş Minsk qrupunun həmsədrləri ilə bağlı irəli sürmək istədiyi təklifə çəkmək istəyib: "Minsk qrupunun uğursuzluğu bizi daha effektiv mexanizmlər və yeni yanaşmalar axtarmağa vadar edir. Belə hesab edirəm ki, hər şeydən öncə həmsədrlik institutunun tərkibini nəzərdən keçirməli və formatı digər iştirakçı dövlətlərin cəlb edilməsi ilə genişləndirməliyik. Bu baxımdan ən münasib ölkələrin Almaniya və Türkiyə ola biləcəyini nəzərə alaraq hər iki dövlətin cəlb edilməsi ilə Minsk qrupunun hazırkı həmsədrlik institutunu “5-lik Sədrlər Şurası” ilə əvəzləyə bilərik. Niyə məhz Almaniya və Türkiyə? Çünki Almaniya hər iki münaqişə tərəfi ilə sıx əməkdaşlıq edir".

Onun sözlərinə görə, bundan əlavə, Almaniyanın hazırkı üç həmsədr dövlət olan ABŞ, Rusiya və Fransa ilə yaxın əməkdaşlıq çərçivəsində Avropa İttifaqının potensial imkanları və resurslarından, xüsusilə də Azərbaycan və Ermənistanın da üzv olduğu "Şərq tərəfdaşlığı" proqramından effektiv şəkildə istifadə imkanları var: "Bu təşəbbüslə çıxış edərkən sizə Almaniya Kansleri xanım Angela Merkelin Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişənin həllində öz ölkəsinin fəal rol oynamasında maraqlı olduğu və buna hazır olması barədə bəyanatını xatırlatmaq istəyirəm".

Millət vəkilinin sözlərinə görə, Türkiyənin isə Qafqazda çoxəsrlik tarixi əlaqələri və təsir imkanları var ki, bunu yuxarıda adları çəkilən digər 4 ölkənin resursları ilə birləşdirməklə tərəflərin qısa müddət ərzində sülh sazişini imzalamasına töhfə vermək olar: "Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və əlaqələrinin yenidən qurulması istiqamətindəki danışıqlarını, Türkiyənin isə bu normallaşma prosesinin Dağlıq Qarabağ probleminin həllindən asılı olması ilə bağlı mövqeyini buna əlavə etsək, Türkiyənin həmsədrliyi bu baxımdan məntiqi və müsbət hesab edilə bilər. Ona görə də ATƏT-in hazırkı sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçdən, eləcə də ATƏT Nazirlər Şurasından xahiş edirəm ki, bu təklifimi mövcud qaydalar çərçivəsində nəzərə alsınlar".