İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Ermənistan çıxılmaz vəziyyətdə qalacaq

Elmar Məmmədyarov: Ermənistan çıxılmaz vəziyyətdə qalacaq

19.02.2015

Trend:

Regionda dondurulmuş münaqişələrin mövcudluğu Azərbaycanın, eləcə də Gürcüstanın inkişafına mane olur. Trend xəbər verir ki, bunu cümə axşamı Tbilisidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Tamar Beruçaşvili ilə birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın inkişafına mane olmur, həm də Yerevanı çıxılmaz vəziyyətdə qoyacaq: "Çünki Yerevan belə şəraitdə irimiqyaslı regional layihələrdə iştirak edə bilmir".

O, qeyd edib ki, əgər Ermənistan təcavüzkar siyasətindən əl çəksə, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsinin iştirakçısı ola bilər.

Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri cümə axşamı iki günlük rəsmi səfərlə Gürcüstana gəlib.