İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir

Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir

20.02.2015

Trend:

Türkiyə sözünün üstündə dayanıb. Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün bərqərar olması üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vacibdir.

Nazir qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bu günədək heç bir addım atmayıb.