İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: Xocalı soyqırımının günahkarları beynəlxalq hüquq qarşısında cəzalarını almalıdırlar

Əli Həsənov: Xocalı soyqırımının günahkarları beynəlxalq hüquq qarşısında cəzalarını almalıdırlar

22.02.2015

Trend:

“Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, biz gerçəklikləri dünyaya çatdırmaq istəyirik”. Trend-in məlumatına görə, bunu şənbə günü Ankarada jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi bildirib ki, bu cür tədbirlərin bir qismi Azərbaycan dövləti tərəfindən, digər qismi isə Azərbaycan və Türkiyə diasporaları tərəfindən həyata keçirilir.

Ə.Həsənov deyib ki, Xocalı soyqırımı ilə bağlı keçirilən builki tədbirlər həm də qondarma “erməni soyqırımı”nın yüz illik tədbirləri ilə üst-üstə düşdüyündən, Türkiyə və Azərbaycan diasporları birlikdə bu tədbirləri keçirirlər: “Bizə ünvanlanmış yalanları ifşa etmək istəyirik və Xocalı soyqırımınn gerçəkliklərini, reallıqlarını dünyaya çatdırmaq istəyirik”.

PA rəsmisi qeyd edib ki, 23 il bundna qabaq ermənilərin törətdiyi vəhşilikləri, insanlıq əleyhinə olan günahları dünyaya çatdırmaq lazımdır: “Məqsəd də ondan ibarətdir ki, bu hadisənin səbəbkarları, onu törədənlər, bütün dünyaya bəlli olsun və bunun günahkarları beynəlxalq hüquq qarsında öz cəzalarını aslınlar”.

Ə.Həsənov deyib ki, Azərbaycan bunları etməklə, Ermənistandan qisas almaq istəyində deyil: “Biz qisasçı olmamışıq. Bundan sonra da olmayacağıq. Amma hər bir hadisəni törədən öz məsuliyyətini dərk etməlidir və törətdiyi hadisənin beynəlxalq hüquq qarşısındakı yükünün məsuliyyətini bilməlidir”.

Qeyd edək ki, şənbə günü Ankarada Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Empathy 2015" adlı tədbir keçirilib. Tədbirə Azərbaycan və Türkiyənin dövlət məmurları, millət vəkilləri və QHT nümayəndələri olmaqla 300 nəfərdən çox iştirakçı qatılıb.

Ankarada keçirilən tədbirin əsas məqsədi Ermənistanın qondarma “soyqırımı” iddiaları qarşılığında Azərbaycan və Türkiyənin birgə yaşadığı acıları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.