İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Corciya Qubernatoru Xocalı soyqırımının tanınması ilə bağlı rəsmi sənəd imzaladı

Corciya Qubernatoru Xocalı soyqırımının tanınması ilə bağlı rəsmi sənəd imzaladı

25.01.2015

Trend:

ABŞ-ın Corciya ştatının Qubernatoru Natan Dil Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat imzalayıb.

Trend-in məlumatına görə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyanatda, Qubernator N.Dil Corciya ştatı adından 23 il bundan əvvəl Xocalıda baş verən qətliamla bağlı kədərini ifadə edərək, bu faciəvi günü yad edənlərə qoşulduğunu bildirir.

Bəyanatda qeyd olunur ki, 1992-ci ildə Azərbaycanda törədilən bu amansız qətliam nəticəsində 600-dən çox mülki insan həyatını itirib. Həmçinin, vurğulanır ki, gələcəkdə belə dəhşətli hadisələrin baş verməməsi üçün bu kimi faciəvi günlərin yad edilməsi olduqca önəmlidir. Sonda Qubernator Xocalı qətliamının ildönümü ilə bağlı tədbirlərin təşkilini təqdir edərək bildirir: “Qoy belə faciələrin tariximizin səhifələrini bir daha ləkələməsinə heç zaman yol verilməsin”.

Qeyd edək ki, bu, Corciya Qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.