İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım tədbiri keçirilib

Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım tədbiri keçirilib

25.02.2015

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı “Mərhəmət Kimsəsizlərə Dəstək” İctimai Birliyi ilə birgə Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə “Elm və Təhsil Mərkəzi” Təfəkkür Universitetində anım tədbiri keçirblər.

Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Tədbirdə giriş sözü ilə çıxış edən “Mərhəmmət” Kimsəsizlərə Dəstək ictimai birliyinin sədri İradə Nəsirova Xocalı soyqırımının bəşəri bir cinayət olduğunu,  ermənistanın beynəlxalq hüquq normalarını saymadığını və hələ də işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm hərəkətlərini törətməkdə davam etdiyini bildirdi.

Tədbirdə “Xocalı soyqırımı və ikili standartlar” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov ermənistanın işğalçı və təcavüzkar bir dövlət olduğunu, BMT-nin qəbul etdiyi 4 Qətnamənin icrasında maraqlı olmadığını, beynəlxalq təşkilatların və bu münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin isə ermənistanı təcavüzkar bir dövlət kimi tanımaq əvəzinə işğalçı bir dövlətə hərtərəfli dəstək göstərdiklərini, Xocalı soyqırımına belə ikili standartlarla yanaşdıqlarını bildirdi.

V.Qədirov ölkə başçısı İlham Əliyevin apardığı düzgün, cəsarətli və prinsipial siyasət nəticəsində bu münaqişənin öz həllini tapacağını və ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından tezliklə qovulacağını qeyd etdi.