İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Aureliya Qriqoriu: Azərbaycanlı girovlar üzərində "məhkəmə" təxribatdır

Aureliya Qriqoriu: Azərbaycanlı girovlar üzərində

26.02.2015

Trend:

Azərbaycanlı girovlar üzərində “məhkəmə” başdan ayağa təxribatdır. Bunu Trend-ə Moldovanın parlament vəkili Aureliya Qriqoriu azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin “işi” üzrə “apelyasiya məhəkəməsi”nin Xocalının ildönümü günü keçirilməsi məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, azərbaycanlı girovların azad edilməsi məsələsi asan deyil və Avropa Məhkəməsinin Ermənistan və Rusiya tərəfindən Avropa İnsan Haqları Konvensiyasının pozulması ilə bağlı qərarından sonra həll edilə bilər.

A.Qriqoriu qeyd edib ki, azərbaycanlı girovlarla bağlı məsələdə Ermənistan və Rusiya Avropa İnsan Haqları Konvensiyasının 3, 5, 6 və 7-ci maddələrini pozublar: “Bu, fundamental azadlıq və şəxsi toxunulmazlıq hüququnun, ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasıdır. Qanunsuz həbs məsələsi üzrə Avropa Məhkəməsinə dərhal müraciət etmək lazım idi və hazırda apelyasiya istansiyasının “qərarı”ndan sonra bunu dərhal etmək lazımdır”.