İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Brüssel konservatoriyasında Xocalıya həsr edilmiş əsərin premyerası

Brüssel konservatoriyasında Xocalıya həsr edilmiş əsərin premyerası

26.02.2015

Brüssel Kral Konservatoriyasında tanınmış fransız bəstəkarı Roman Zantenin “In Memory of Khodjaly Victims”  əsərinin dünya premyerası keçirilib.

Modern.az xəbər verir ki, fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və Belçikanın “Klam” Təşkilatının təşkilatçılığı ilə Brüssel Kral Konservatoriyasında məşhur fransız bəstəkarı Roman Zantenin “In Memory of Khodjaly Victims” əsərinin Amenti Kvartetinin müşaiyəti altında dünya premyerası keçirilib. <p">Premyerada Belçika senatının üzvləri, Brüsseldə akreditə  olunmuş diplomatik korpusun nümayəndələri,  Avropa Birliyi qurumlarını təmsil edən yüksək rütbəli şəxslər, mədəniyyət və incəsənət xadimləri və QHT təmsilçiləri nümayəndələri də daxil olmaqla  600-dən çox belçikalı iştirak edib. İştirakçılara tədbirdən əvvəl Xocalı soqırımı haqqında məlumatları  və əsəri özündə əks etdirən  CD-lər paylanılıb.

Hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayan, məşhur fransız bəstəkarı, Roman Zante tədbiri çıxış nitqi ilə açaraq müəllifi olduğu musiqi əsərinin məqsədini  belə izah etdi: “Bu əsər 23 il əvvəl Azərbaycanda baş vermiş terroru və qətliamı  ifadə edir. Biz sənət adamları olaraq, ümid edirik ki, bu musiqi  vasitəsilə vermək istədiyimiz  mesaj hər kəsə bu dəhşətli hadisənin mahiyyətini olduğu kimi çatdıracaq və müharibələrin çoxlu sayda insan həyatı bahasına başa gəldiyini xatırladacaq.

Bəstəkar həmçinin qeyd etdi ki, “biz dünyanı gələcəkdə baş verə biləcək bu cür faciələrdən qorumaq üçün bu hadisəni anmağa çağırırıq.”

Daha sonra çıxış edən Klam təşkilatının rəhbəri və Amenti Kvartetinin pianoçusu  xanım Merve Mersinligil  bildirdi ki, “bu tədbir Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində qətlə yetirilmiş mülki əhalinin xatirəsinə həsr olunur. Xocalıda öldürülən 613  insan arasında 106 qadın və 83 azyaşlı uşaq da vardır.” <p">“Xocalı soyqırımı hər zaman yaşlılar, uşaqlar və qadınlar da daxil olmaqla günahsız insanların qətl edilməsi kimi xatırlanacaq. Bu qanlı gecə sağ qalanların ailələri və hazırda itkin düşmüş insanların ürəklərində və  yaddaşlarında yara kimi əbədi olaraq qalacaq” deyə xanım Mersinligil bildirib.

Böyük maraqla keçən “In Memory of Khodjaly Victims”  əsərinin   premyerası  iki saata qədər davam edib və  dəfələrlə tamaşaçıların  gurultulu alqışları ilə müşaiyət olunub. Tədbirdə  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad  İsgəndərov, Türkiyənin Belçikada Krallığındakı səfiri Hakan Mehmet Olcay və digər rəsmi şəxslər iştirak ediblər.<p"><p"><p">

Proqramın  sonunda Şuranın sədri, millət vəkili Azay Quliyev əsərin müəllifi və kvartetin üzvülərinə ilk dəfə  Xocalı soyqırımını klassik musiqi janrında   Avropa auditoriyasına təqdim etdiklərinə görə səmimi təşəkkürünü bildirib və onları Bakıya dəvət edib.

Onu da qeyd edək ki, Xocalıya həsr olunan bu əsər bəstəkar Roman Zantenin digər əsərləri ilə birlikdə yaxın günlərdə kütləvi satışa çıxrılacaq.