İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Xocalı soyqırımı ABŞ-ın nüfuzlu yəhudi nəşrində

Xocalı soyqırımı ABŞ-ın nüfuzlu yəhudi nəşrində

04.03.2015

ABŞ-ın ən aparıcı yəhudi nəşrlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən “Jewish Journal” qəzetində Xocalı həqiqətləri barədə geniş məqalə dərc olunub. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən yazılmış məqalə “Xocalı: bir qətliamın günahsız qurbanları üçün ədalət uğrunda mübarizə” başlığı daşıyır.

Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, 3 mart tarixində dərc olunmuş məqalədə müəllif Xocalı soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandıraraq bu qətliam, eləcə də Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verir. Baş konsul son illərdə beynəlxalq ictimaiyyətdə Xocalı həqiqətlərinə diqqətin artdığını vurğulayaraq, bu səpkidə bir müddət əvvəl İsrail prezidenti Ruven Rivlinin Xocalı soyqırmını BMT-nin Baş Assambleyasında gündəmə gətirməsini və digər müxtəlif dövlətlər və ABŞ-ın bir çox ştatları tərəfindən Xocalı qətliamının tanınmasını qeyd edir.

N.Ağayev Xocalı hadisələri fonunda insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı vahid mövqe nümayiş etdirilməsinin vacibliyini vurğulayır və bildirir ki, bu məsələdə ABŞ Konqresinin də üzərinə böyük məsuliyyət düşür. Diplomat insanlığa qarşı törədilmiş bütün cinayətlərin hər hansı ayrı-seçkiliyə yol vermədən pislənilməsinin önəmini qeyd edərək yazır: “Məkanından və cinayətkarın kimliyindən asılı olmayaraq keçmişdə və günümüzdə baş verən bütün zorakılıqlara qarşı eyni mövqe göstərmək gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün önəmli şərtdir”.

Baş konsul Xocalı qurbanlarının yaddaşlarda əbədi qalmaları üçün Azərbaycanın öz haqq mübarizəsini davam etdirəcəyini bildirir, ABŞ Konqresini Xocalı soyqırımına dair müvafiq qətnamə qəbul edərək bu ədalət mübarizəsinə qoşulmağa çağırır.